Zaqatala Tarix-diyarşünaslıq muzeyində tədbir keçirilib FOTO

Zaqatala Tarix-diyarşünaslıq muzeyində tədbir keçirilib FOTO

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. SİA-nın məluumatına görə, bu münasibətlə Zaqatala Tarix-diyarşünaslıq muzeyində tədbir keçirilib. "Müstəqil Azərbaycan və bu dövrdə Zaqatala Tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti" adlı tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə "Müstəqillik günü"nə və muzeyin fəaliyyətinə həsr olunan video-slaydlar nümayiş olunub, muzeyin fond mühafizi Ruhəngiz Əhmədovanın "Müstəqil Azərbaycan və bu dövrdə Zaqatala Tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti" adlı məruzəsi və muzeyin bələdçisi Mahirə Heydərovanın çıxışı dinlənilib.

Daha sonra Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva çıxış edərək müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açıb və bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonda tədbir iştirakçıları muzeyə baxış keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə