“Qida məhsullarının təhlükəsizliyi”

“Qida məhsullarının təhlükəsizliyi”

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Qida məhsullarının təhlükəsizliyi" mövzusunda təlim-seminara start verilib. SİA-nın məlumatına görə, "Mehmanxana və restoran biznesi" kafedrasının təşkilatçılığı ilə oktyabrın 17-dən 19-dək davam edən təlim-seminarı Yunanıstanın Aralıq dənizi Aqrar Universitetinin müəllimi Corc Angelakes aparır. Tədbirin ilk günündə yunanıstanlı mütəxəssis fəaliyyət göstərdiyi universitetin məqsəd və vəzifələri, hədəfləri, o cümlədən təlim-seminarın məhz ATMU-da təşkili barədə ətraflı məlumat verib. Dünya təcrübəsinə əsaslanmaqla qidanın turizmdəki roluna mütəxəssis kimi mövqe bildirən C.Angelakes, 3 günlük təlim-seminarın gedişatında qida məhsullarının təhlükəsizliyi baxımından əhəmiyyətli sayılan yeni məlumatları detallı şərh edəcəyini də deyib.

Təlim-seminarda Azərbaycan Turizm və Menecment Universitetinin, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və tələbələri, həmçinin "New Baku" otelinin restoran bölməsinin meneceri Rəşad Hüseynov, AMEA Botanika İnstitutunun elmi işçisi Kamal Əskərov iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə