Samir Cəfərov Moskvada konsert verəcək

Samir Cəfərov Moskvada konsert verəcək

Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında MDB ölkələri sənətçilərinin iştirakı ilə "SSRİ-də doğulmuşlar" adlı konsert keçiriləcək. SİA-nın məlumatına görə, konsertdə digər müstəqil dövlətlər birliyi ölkələrinin mədəniyyət xadimləri ilə yanaşı Azərbaycanlı vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti, Prezident mükafatçısı Samir Cəfərov da iştirak edəcək. S.Cəfərov tədbirdə Azərbaycanın dahi bəstəkarı Üz.Hacəbəylinin yaradıcılığına məxsus əsərlər ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə