Tərtər rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyəti və Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş konsert təşkil olunub. SİA-nın məlumatına görə, konsertdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konsertdə Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları, xalq və əməkdar artistlər iştirak etmişlər. Tamaşaçılar xalq artistləri Simarə İmanovanın, Cəmilə Bayramovanın, Əməkdar artistlər Zakir Əliyevin, Nüşabə Ələsgərlinin, aşıq Solmaz Kosayevanın ifalarını alqışlarla qarşılanıb.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov tədbir iştirakçılarını 18 oktyabr-Müstəqillik günü münasibəti ilə təbrik edib, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkilib.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB