Rəssam Əli Həsənovun “Alibi” adlı fərdi sərgisi açılıb FOTOLAR
Müasir İncəsənət Muzeyində rəssam Əli Həsənovun "Alibi" adlı fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, rəssam bu sərgi layihəsi ilə yaradıcılığının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Onun elə ilk əsərlərində zahirən təzadlı görünən, lakin inandırıcı obrazların iti çılğınlığı, incəsənətin janr və forma çərçivələrindən yan keçməklə öz yolunu tapmaq istəyi duyulur.
"Alibi" sərgisi bütövlükdə suallardan ibarətdir və tamaşaçı onların cavabını tapmaq məcburiyyətindədir. Çünki bir çox məqamlar ilk baxışda təsadüfi "şüur axını"nın üzə çıxardığı kimi görünürsə, onların arasında olan bağlantılar sonradan aşkar edilir. Qarşımızdakı sənət əsəri büllur kimi aydın görünmürsə, biz karastı dəstinə müraciət edərək, həmin qutudakı alətləri bir-bir sınaqdan keçirərək, müəyyən mənaları açmağa cəhd edirik. Hər bir tamaşaçının alətlər dəsti isə fərqlidir.
"Alibi" adlı fərdi sərgisi noyabrın 5-dək davam edəcək.





.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB