Bakı Dövlət Sirkində yeni mövsümün açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, oktyabrın 29-dan tamaşaçılar "İntersirk-3" adlı möhtəşəm proqramın çıxışlarını izləyə biləcəklər. Çili, Rusiya, İtaliya, Belorus, Qvatemala və Ukraynanın dünya şöhrətli artistlərinin iştirakı il təqdim olunacaq proqramda ilk dəfə olaraq İtaliya sirkinin pələnglər attraksionu da çıxış edəcək. Proqrama, həmçinin, qeyri-adi illüziya, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun Rob və s. daxildir.
Qeyd edək ki, 2 saat davam edən sirk proqramının tamaşaları saat 12:00, 15:00 və 19:00-da başlayır. Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır və bilet satışı artıq başlayıb. Əlaqə telefonları: (+99412) 597-25-95; 597-28-48
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB