Misir və Azərbaycan arasında müzakirələr olub

Misir və Azərbaycan arasında müzakirələr olub

Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində görüşdə olub. SİA-ya Misir səfirliyindən verilən məlumata görə, Nizami rayon Uşaq – Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzin tələbələrinin dünya miqyaslı sərgilərdə iştirakı, qazandıqları uğurlar barədə geniş məlumat verib.

Öz növbəsində Mərkəzin müdiri Əhməd Sami Elaydi Misir və Azərbaycan arasında olan mədəni əlaqələrdən, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığından və iki ölkə arasında mədəni əlaqələrin inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, Misirdə keçirilən "Misir dünya uşaqlarının gözü ilə" rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Mərkəzinin istedadlı uşaqlarının yüksək nəticə əldə etdiklərini təqdir edib.

Daha sonra L. Qəti qonağı mərkəzdə fəaliyyət göstərən dərnəklərlə və kiçik yaşlı uşaqların əl işlərindən ibarət müxtəlif sərgilərlə tanış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə