Bakıda çörək festivalı keçiriləcək

Bakıda çörək festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə çörək festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Assosasiyasının təşkilatçılığı ilə reallaşacaq.

Oktyabrın 20-da keçiriləcək tədbirdə Azərbaycanın 24 şəhər və rayonu təmsil olunacaq.

Festivalda, həmçinin Qırğızıstan, Türkiyə, Ukrayna kulinarlarının iştirakı da gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə