Oktyabrın 24–də Bakıda tanınmış fotoqraf Rüfət Abbasın rəhbərliyi ilə küçə fotoqrafiyasına həsr olunmuş "Street Photography" adlı seminar təşkil olunacaq. SİA-nın məlumatına görə, "Art Villa" qalereyasında keçiriləcək seminarda küçə fotoqrafiyasının tarixi, bu janrda işləyən tanınmış fotoqraflar haqqında məlumat verilməklə yanaşı, sözügedən janrın texnikası və kompozisiyasından danışılacaq.
Seminar çərçivəsində, həmçinin bu janrın işıq, kölgə, rəng, çəkiliş texnikası, rakurs, arxa və ön planları haqqında mühazirələrin dinlənilməsi nəzərdə tutulur.
Hər kəsin iştirak edə biləcəyi layihə "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB