Ağdam Dövlət Dram Teatrında "Çimnaz xanım yuxudadır" pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib. SİA-nın məlumatına görə, tamaşaya quruluşu teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyev verib. Quruluşçu rəssamı Yusif İmamverdiyev, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov olan tamaşanın rəqslərinin quruluşu Vüsal Mehrəliyevindir. İctimai baxışda Ağdam rayonunun ziyalıları iştirak ediblər.
Tamaşada rejissorun kukla teatrının elementlərindən məharətlə istifadə etdiyi vurğulanıb.
Xatırladaq ki, tamaşada əməkdar artist Aida Qasımova, aktyorlar Səbuhi Əhmədov, Afaq Əliyeva, Elgiz Mürşüdov və başqaları rol alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB