Gəncədə konsert olub FOTOLAR

Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 21 aprel tarixli 152 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq olunub. SİA-nın məlumatına görə, tədbirlər planına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-gənclər Estrada Orkestrinin konserti keçirilib.

Konsertdə Azərbaycan və xarici bəstəkarların populyar mahnıları ifa olunub. Tələbələrin çıxışı əsasən gənclərdən ibarət olan tamaşaçılarda böyük maraq doğurub. Konsert başa çatdıqdan sonra ifaçılar tamaşaçıların alqışları altında təkrar səhnəyə dəvət olunub və daha bir neçə mahnı təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə