Qusar Dövlət Ləzgi Dram Teatrı növbəti mövsümdə fəaliyyətini daha da genişləndirib. SİA-nın məlumatına görə, Ə.Haqverdiyevin "Pəri cadu" əsəri ilə açan teatr kollektivi yaxın günlərdə Rəşad Nuri Güntəkinin "Arvadımın əri" tamaşasını teatrsevənlərə təqdim edəcək.
Teatr kollektivi oktyabr ayının 24-25-də Dağıstan Respublikasının Qasımkənd rayonuna qastrol şəfərinə hazırlaşır. Qonşu Dağıstan tamaşaçılarına Üzeyir Hacıbəylinin "Arşın mal alan" və Dağıstan Respublikasının incəsənət xadimi Asəf Mehmanın "Sədəf " tamaşaları təqdim ediləcək.
Oktyabr ayının son günlərində teatrın kollektivi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə dəvət olub.
Qastrol səfərində teatr kollektivi Üzeyir Hacıbəylinin "Arşın mal alan" , "O olmasın, bu olsun" və Asəf Mehmanın "Sədəf" tamaşalarını moskvalılara təqdim edəcək. Moskva şəhərinin Çayka mədəniyyət sarayında tamaşaların nümayişi zamanı həm də, rayonun tarixini, mədəniyyətini əks etdirən sərgilər təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB