Sənədli filmlərimiz 27-ci "Rossiya" açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq. SİA-nın məlumatına görə, festival Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
13 oktyabrda Xamiz Muradovun "Fransa qəhrəmanı" (1975), Teymur Bəkirzadənin "Dissonans" (1978), Nicat Bəkirzadənin "Polad adalar" (1985), Zaur Məhərrəmovun "Köç" (1983), Yavər Rzayevin "Gözümün işiğı və ya qəribə heykəltaraş ömrü" (2014) və Tofiq Şahverdiyevin "Lahıc" (2014) sənədli filmləri nümayiş olunacaq.
Proqram Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB