Mədəni irsin qorunması naminə beynəlxalq əməkdaşlıq FOTOLAR

Mədəni irsin qorunması naminə beynəlxalq əməkdaşlıq FOTOLAR

Cari ilin 10 oktyabrında aparılmış danışıqlar nəticəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu ilə Moskva şəhərində əməkdaşlıq memorandumunun imzalanma mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, görüş çərçivəsində Rusiya institutunun rəhbərliyi ilə aparılmış danışıqlar zamanı Mərkəzin direktoru Asif Usubəliyev iki ölkə arasında mədəni əlaqələrin davamlılığını qeyd edərək bu əlaqələrin daha da dərinləşdirilməsində elmi dairələrin rolunu vurğulayıb.

MDB məkanında elmi dairələrdə böyük nüfuza malik olan sözügedən institut, Rusiya Federasiyasının mədəniyyət nazirliyi tərəfindən aparılmış islahatlar nəticəsində bu ölkənin bir sıra tədqiqat mərkəzləri qeyd olunan instituta inteqrasiya olunub.

Mədəniyyət, kulturologiya, mədəniyyət tarixi, irs, fəlsəfə və digər humanitar elmlər üzrə ixtisaslaşmış alimləri özündə birləşdirən bu institut eyni zamanda beynəlxalq layihələrin təşəbbüskarı və icraçısıdır. Birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması və qarşılıqlı informasiya dəstəyinin göstərilməsi kimi məsələləri özündə əks etdirən imzalanmış memorandumda xüsusi olaraq bir istiqamət də öz əksini tapıb.

Belə ki, memoranduma əsasən tərəflər qlobal internet şəbəkisində baş verə biləcək mədəniyyət nümunələrinin mənimsənilmə cəhdlərinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi nəzərdə tutub. Bu istiqamətdə neqativ hallar eyni zamanda Rusiyanın internet resurslarında da öz əksini tapmaqdadır.

Beləliklə, həmin memorandum eyni zamanda mədəniyyət sahəsində aparılan informasiya müharibəsinə də öz töhfəsini verəcəkdir. Imzalanmış memorandum çərçivəsində görüləcək ilk birgə layihə "Müasir cəmiyyətdə gənclərin mədəni təlabatları" adlı tədqiqat və dəyirmi masadan ibarət olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə