Hərb və əhali arasında hərbi vətənpərvərlik ruhunun daha da artırılması üçün Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələr silsilə olaraq tədbirlər həyata keçirir. SİA-nın məlumatına görə, Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Kələntərli kənd Mədəniyyət evi "Qalx ayağa Azərbaycan" adlı ədəbi-bədii kompozisiya proqramı təşkil edib. Tədbirdə kənd əhalisi, gənclər, məktəb şagirdləri və müəllimlərlə yanaşı digər yerlərdəndə təşrif buyurmuş qonaqlar iştirak edib. Tədbir vətən uğrunda canlarından keçmiş qəhrəman vətən oğullarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra Bərdə rayon Təhsil şöbəsinin tabeliyində olan Kələntərli kənd tam orta məktəbinin direktoru Ələddin Alıyev çıxış edərək iştirakçıları vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış edbi və məktəbdə bu sahədə görülmüş işlərdən geniş söz açıb.
Tədbir Kələntərli kənd Mədəniyyət evinin təşkil etdiyi ədəbi-bədii kompozisiya proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB