Türkmənistanın Azərbaycandakı birinci katibi Milli Kitabxanada FOTO
Türkmənistanın Azərbaycan Respublikasındakı birinci katibi-konsul Batur Rəcəbov Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışılıb, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilib. Söhbət zamanı Azərbaycan Milli Kitabxanasında Türkmənistanın müstəqilliyinə həsr olunmuş kitabların sərgisinin açılması qərara alınıb.
Sonda qonağa nəfis tərtibatla çap olunmuş "Qobustan minilliklərin kitabı" (Azərbaycan və rus dillərində), "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində) kitabları və mədəniyyət obyektlərini özündə əks etdirən Xəritə (ingilis dilində) hədiyyə edilib.
Cənab konsul öz növbəsində türkmən xalçalarının gözəlliyinə həsr olunub, Azərbaycan dilinə tərcümə olunmuş "Canlı əfsanə" kitabını Milli Kitabxanaya hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB