Qubada “Alma bayramı” keçirilib FOTOLAR

Qubada “Alma bayramı” keçirilib FOTOLAR

Qubada 2012-ci ildən etibarən ənənəvi olaraq təşkil edilən "Alma bayramı" bu il oktyabr ayının 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilib. SİA-nın məlumatına görə, bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 20-dən artıq xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, bir sıra müəssisə və təşkilatların stendləri, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Quba Turizm İnformasiya Mərkəzinin təşkil etdiyi stend və sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgidə mərkəz tərəfindən hazırlanan bukletlər, kitabçalar, tur proqramlar, disklər, açıqca və s. turizm məhsulları nümayiş etdirilib. Eyni zamanda mərkəz əməkdaşı tərəfindən mərkəzin fəaliyyəti haqqında məlumat verilib. Sonda həmin məhsullar izləyicilərə hədiyyə olaraq paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə