Nazir Yaponiya turizm sənayesinin nümayəndələrini qəbul edib FOTOLAR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiya turizm sənayesinin nümayəndələrini qəbul edib. SİA-nın məlumatına görə, Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yaponiyanın "Hankyu Travel İnternational Tokyo", "Diamond-Big", ""Hankyu Travel İnternational Osaka", "R&C Tours", "Spectacle Adventures", "The Three B", "JTB BWT" şirkətlərinin nümayəndələri daxildir.
Səfərin təşkil olunmasında əsas məqsəd Yaponiyada Azərbaycanın turizm imkanlarının geniş tanıdılması və təbliğidir. Görüşdə bu istiqamətdə müzakirələr aparılmış, ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları haqqında geniş məlumat verilib.
Nazir Əbülfəs Qarayev qonaqlara ölkəmizin turizm imkanları, bu sahədə görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat vermişdir. O elektron viza sisteminin tətbiqinin ölkəmizə gələn turistlərin daha asan viza əldə etməsinə şərait yaratmasından da söhbət açıb. Nazir Yaponiyanın ölkəmiz üçün mühüm hədəf bazarlarından biri olduğunu bildirib.
Görüşdə həmçinin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər haqqında qonaqlar məlumatlandırılmış, bu sahədə əməkdaşlıq əlaqələri, CNN, EURONEWS kimi nüfuzlu kanallarla iş aparıldığı qeyd olunub. Bununla yanaşı, Bakı, o cümlədən də regionların turizm infrastrukturu barədə məlumat verilmiş və gələcəkdə bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulmasından danışılıb.
Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimura Azərbaycana təşkil olunan səfərə və yüksək qonaqpərvərliyə görə Nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti cənab Tadaşi Şimura tərəfindən "Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri" mövzusunda təqdimat keçiriləcək. Nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB