Oktyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İohann Ştrausun "Düyməcik" baleti nümayiş olunacaq. SİA-nın məlumatına görə, uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq Artisti, xoreoqraf Liliya Sabitova, quruluşçu-rəssamı isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır.
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
Səhnə əsərində teatrın balet truppasının aktyorları çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB