Günay Əfəndiyeva Mövlüd Çavuşoğlu ilə görüşüb FOTOLAR

Günay Əfəndiyeva Mövlüd Çavuşoğlu ilə görüşüb FOTOLAR

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı G.Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə təsis edildiyini qeyd edərək Fondun fəaliyyətə başlaması ilə bağlı məlumatı nazirin diqqətinə çatdırıb, gələcək layihə və planlardan söz açıb.

M.Çavuşoğlu Türk Mədəniyyəti və İrsi Fondunun bütövlükdə Türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətindən bəhs etməklə Türkiyə Respublikasının üzv ölkə olaraq Fondun fəaliyyətini hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Eyni zamanda, tərəflər Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin "iki dövlət bir millət" olması ifadəsini vurğulamaqla Fondun öz gələcək fəaliyyəti ilə bütün türkdilli dövlətlər arasındakı mövcud əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağını qeyd ediblər.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə