Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Cavanşır Axundov oktyabr ayının 06-da Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Latviya Respublikasında Azərbaycan həqiqətlərinin və reallıqlarının təbliği və təşviqi yolları müzakirə olunub.
Riqada Latviya Milli Kitabxanası və Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan mədəni-informasiya mərkəzlərinin yaradılması və həmin mərkəzlərin mütəmadi olaraq yeni ədəbiyyatla təmin olunması, eləcə də hər iki kitabxanada Azərbaycan Milli Kitabxanasının elektron resurslarının bazası əsasında virtual oxu zalının açılması, virtual zalda rus, ingilis və digər dillərdə olan resursların tədqiqatçıların istifadəsinə verilməsi qərara alınmış və Milli Kitabxana bu işləri öz öhdəsinə götürüb.
Azərbaycan mədəni-informasiya mərkəzi üçün ilkin olaraq Azərbaycanın tarixi, siyasəti, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, mətbəxi və s. dair 100 ədəbiyyat ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB