“Medeya. Sekvensiya 001” Tamaşa nümayişi

“Medeya. Sekvensiya 001” Tamaşa nümayişi

Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı kollektivinin təqdimatında "Medeya. Sekvensiya 001" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Vladimir Klimenkonun "Medeya Teatrı" pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Bütün xəbərlər Facebook səhifəmizdə