Qazaxıstan Respublikasının Astana şəhərində MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXXI iclası təşkil olunur və burada "MDB iştirakçı-dövlətlərinin mədəniyyət sahəsində 2016-2020-ci illərdə əməkdaşlığının əsas tədbirləri"nin icrası haqqında", "MDB iştirakçı-dövlətlərində mədəniyyət sahəsində Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə həsr edilmiş tədbirlər haqqında" və digər bu kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyini tədbirdə Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB