Beyləqanda hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib FOTO

Beyləqanda hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib FOTO

Beyləqan rayon I Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyində Respublika Müdafiə Nazirliyinin təşkilatçılığı və rayon Mədəniyyət və Turizm şöbəsinin iştirakı ilə "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayon ağsaqqalları, hərbi qulluqçular, müharibə veteranları və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Respublika Müdafiə Nazirliyinin idarə rəis müavini, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani açaraq Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun keçdiyi qəhrəmanlıq yolu barədə gənc əsgərlərə məlumat verərək qeyd etdi ki, G.Əsədovun keçdiyi həyat yolu bu günkü gənclər üçün əsl qəhrəmanlıq nümunəsidir.

Tədbirdə məlum aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev, Gəray Əsədovun bacısı Güllü Əsədova rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Mirzəyev və başqaları çıxış edərərək hərbi vətənpərvərlik mövzusunda tədbirlərin daha tez-tez keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Tədbir iştirakçıları olan gənc əsgər və zabitlərin Xatirə muzeyinə baxışı təşkil edilib.

Tədbirin sonunda Respublika Müdafiə Nazirliyinin idarə rəis müavini, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun Xatirə Muzeyinə "Vətən sənin əsgərinəm" və "Ordu xalqın - xalq ordunun dayaği" adlı kitablarını hədiyyə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə