Azərbaycan Bəstəkarlar İttifaqında İttifaqın katibliyinin iclasında Tofiq Quliyevin xatirəsi yad edilib. SİA-nın məlumatına görə, iclasda iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti Firəngiz Əlizadə, həmçinin tanınmış bəstəkar xalq artisti Tofiq Bakıxanov, o cümlədən ittifaqın katibləri əməkdar incəsənət xadimləri, professor Zemfira Qafarova, professor Cəlal Abbasov Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş etmiş görkəmli bəstəkarımız haqqında öz xatirələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB