Opera və Balet Teatrının solisti Moskvada festivala qatılacaq
Azərbaycan Opera və Balet Teatrının solisti, əməkdar artisti Fəridə Məmmədova Rusiyanın paytaxtı Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə "ProkofyevFEST" festivalı çərçivəsində keçirilən vokal gecəsində iştirak edəcək. SİA-nın məlumatına görə, tədbirdə bir sıra ölkələrdən, həmçinin Rusiyadan olan görkəmli musiqiçilər çıxış edəcəklər. Rusiya Musiqi Mədəniyyəti Muzey mərkəzində keçiriləcək konsertdə Fəridə Məmmədovanı fortepianoda Əməkdar artist Gülşən Ənnağıyeva müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB