Gənc mədəniyyət işçilərinin ixtiyarına yeni elektron layihə təqdim olunacaq FOTO

Gənc mədəniyyət işçilərinin ixtiyarına yeni elektron layihə təqdim olunacaq FOTO

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni internet resursu fəaliyyətə başlamış və bu işin təşkilinə dair Mərkəzin ilk iclası keçirilib. SİA-nın məlumatına görə, gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx əməkdaşlıq əlaqələrin formalaşdırılması və gündəlik peşə fəaliyyətlərində rastlaşdıqları çətinliklərin müzakirəsinə xidmət edəcək elektron resurs (http://memm-forum.az), eyni zamanda gənclər arasında mədəniyyət təzahürlərin və müasir mədəni proseslərin çevik müzakirəsi platforması olacaq.

İclas zamanı yeni yaradılmış internet resursun gənclər arası tanıdılması və populyarlaşdırılması imkanları da geniş müzakirə olunub.

Müxtəlif rubrikalardan ibarət olacaq sözügedən elektron resursun əsas təyinatı mədəni təzahürlərin gənclər arasında populyar müzakirəsi platformasına çevrilməsindən ibarətdir.

Forum sahənin təbliği ilə yanaşı eyni zamanda gənc istedadların üzə çıxarılmasına da xidmət edəcək.

Yeni elektron layihənin geniş ictimaiyyətə tanıtdırmaq üçün forumun yaxın zamanlarda təqdimat mərasiminin təşkili də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə