Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filminin beynəlxalq premyerası baş tutub. SİA-nın məlumatına görə, filmin nümayişi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında keçirilib. Qazaxıstanda keçirilən festival çərçivəsində filmimiz üç dəfə nümayiş etdirilib. Festivala dəvət alan ssenari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli filmin nümayişləri və mətbuat konfranslarında iştirak edib. Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ" filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb. Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeiT Media"). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB