Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi "Turizm həftəsi" başa çatıb. SİA-nın məlumatına görə, Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar.
Qeyd edək ki, uşaqlar öncəki günlərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.
"Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB