Türkiyədə XIX Türksoy Opera Günləri Festivalı keçiriləcək

Türkiyədə XIX Türksoy Opera Günləri Festivalı keçiriləcək

Oktyabrın 5-dən 12-dək Türkiyədə XIX Türksoy Opera Günləri Festivalı keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir bu il dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunur. Festivalda türkdilli ölkələrin tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Konsertlər İstanbul və Şimali Kipr Türk Respublikasının Qirne şəhərində təşkil olunacaq. Festivalda klassik dünya bəstəkarlarının müsiqilərilə yanaşı, vaxtilə Rəşid Behbudovun oxuduğu ariya və duetlər də səslənəcək. Azərbaycan tərəfindən bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Xalq artisti Azər Zeynalov və Əməkdar artist Afaq Abbasova təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə