Xalq şairi Qabilin ədəbi irsinə həsr olunmuş kitab hazırlanır
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Qabil İmamverdiyev (Qabil) haqqında kitab hazırlanır. SİA-nın məlumatına görə, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunacaq. Bu sözləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Şairinin 90 illiyinə həsr olunmuş yubiley tədbirində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.
Nazir müavini bildirib ki, Xalq Şairi Qabilin anadan olmasının 90 illiyi münasibətilə onun bütün ədəbi irsinin yer aldığı kitab nəşrə hazırlanır. Bu istiqamətdə bütün işlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB