“Söz” adlı ədəbi layihə çərçivəsində növbəti tədbir baş tutub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Söz" adlı ədəbi layihə çərçivəsində növbəti tədbir keçiriləcək. Nazirlikdən SİA-ya bildirilib ki, tədbirdə gənc dramaturq, ssenarist Orxan Muxtarlının "Eşidilməyən etiraf" tamaşası nümayiş etdiriləcək. Tamaşa müharibə mövzusuna həsr olunub.
Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin ölkə daxilində və beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poeziya axşamlarına marağın artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılmasıdır. Layihə ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatın dünyada tanıdılması və istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB