Azərbaycanlı teatrşünaslar Belqradda

Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri, Məryəm Əlizadə və Assosiasiyanın üzvü, İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər. SİA-nın məlumatına görə, azərbaycanlı teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.

25 sentyabr -2 oktyabr tarixlərində keçiriləcən tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edir. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə "Yenilik və qlobal teatr: kommersiya və mədəni tələbat arasında" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə