Koreya Respublikasının Jenoju şəhərində dünya musiqisinə həsr olunmuş "Sori" musiqi festivalı keçiriləcək. SİA-nın məlumatına görə, oktyabrın 1-də baş tutacaq festivalda bu il ilk dəfə Azərbaycan da təmsil olunacaq.
Ölkəmizi festivalda xanəndə Arzu Əliyeva muğam qrupu ilə təmsil edəcək. Təmsilçilərimiz açılış konsertində Tayvan, Çin və Fransadan olan ifaçılarla birlikdə çıxış edəcəklər.
Bundan əlavə, festival çərçivəsində Arzu Əliyevanın konsert proqramı da nəzərdə tutulur. Konsertdə xanəndəni tarda və kamançada Əməkdar artistlər Elşən və Malik Mənsurovlar, balabanda Abuzər Quliyev müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB