“Turizm həftəsi” başlayıb FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi" elan edib. SİA-nın məlumatına görə, "Turizm həftəsi"nin ilk günü Azərbaycanın milli sərvətlərin, tarixi abidələrin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması üçün Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri bugün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda olan bütün tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar. Daha sonra onlar üçün Nizami Kino Mərkəzinin "Nizami Lounge" restoranında yemək süfrəsi, əyləcəli şou təşkil olunub.

Qeyd edək ki, bu həftənin sonuna qədər uşaqlar Bakı şəhərinin müxtəlif muzeylərində ekskursiyalarda olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə