Qazaxıstan Respublikasının Parlamentinin deputatı, professor Nurlan Dülambekov Milli Kitabxanada olub. SİA-nın məlumatına görə, qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirib. O, kitabxana haqqında ətraflı məlumat verib.
Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonağı kitabxana, eləcə də Açıq kitabxana ilə tanış etmiş, ona kitabxananın fondu və xidmət sahələri haqqında məlumat verib. Qonağın suallarını cavablandırıb.
Sonda Qobustan minilliklərin kitabı (Azərbaycan və rus dillərində) və Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində) kitabları qonağa hədiyyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB