Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilən "Səməd Vurğun ürəklərdədir" mövzusunda seminar-məşğələ keçirib.
Kitabxanadan SİA-ya bildirilib ki, tədbirdə böyük şairin poeziyasından, dramaturgiyasından və elmi-publisistik əsərlərindən söhbət açılıb. Çıxış edənlər Səməd Vurğunu insan duyğularını dilə gətirən, zəmanəsini düşündürən, bəşəri ideyalar tərənnüm edən qüdrətli sənətkar kimi səciyyələndiriblər.
Tədbirdə fəal oxucular şairin vətənpərvərlik mövzusunda əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına metodiki şöbənin hazırladığı "Səməd Vurğun ürəklərdədir" adlı metodik və biblioqrafik vəsaitlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB