Musiqi Festivalı çərçivəsində konsert olub

Musiqi Festivalı çərçivəsində konsert olub

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti musiqi gecəsi təşkil olunub. SİA-nın məlumatına görə, gecədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsertin bədii rəhbəri və dirijoru xalq artisti Gülbacı İmanovadır.

Konsertdə Haqay Şaham (skripka, İsrail) və Nina Makarova (metso-soprano) çıxış ediblər. Gecədə A.Qəmbərlinin "Pastoral", Y.Sibeliusun "Skripka və orkestr üçün konserti", S.Prokofyevin "Aleksandr Nevski" kantatası səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə