Sentyabrın 25-də Azərbaycan Dövlət Pantomima Teatrında "Pantomima buketi" adlı tamaşa nümayiş olunacaq. Teatrdan SİA-ya bildirilib ki, tamaşa Xalq Artisti, teatrın baş rejissoru Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq. Səhnə əsərinin musiqi tərtibatı əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.
Rolları əməkdar artistlər Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, aktyorlar Nurlan Rüstəmov, Səbinə Hacıyeva, Səbirə Həsənova və başqaları ifa edəcək.
Böyüklər və uşaqlar üçün nəzərdə tutulan tamaşa qarışıq nömrələr əsasında hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB