Kamran Ağayev "Boavişta"da debüt edib

Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubunun heyətində ilk oyununu keçirib. Ölkə çempionatının altıncı turu çərçivəsində keçirilən "Porto"-"Boavişta" matçında həmyerlimiz 1 nömrəli formada meydana çıxıb.

Eyni şəhəri təmsil edən bu iki klub arasındakı derbi ənənəvi olaraq gərgin idman mübarizəsi şəraitində keçib. Kamran Ağayevin komandası hesabı açsa da, oyun ərzində güclü rəqibindən 3 qol buraxaraq məğlub olub.

Oyunun statistik göstəricilərinə görə rəqib Kamran Ağayevin qoruduğu qapıya 7 dəqiq zərbə endirib. Milli komandamızın qapıçısı bunlardan dördünü saxlaya bilib. Qapıçımızın öhdəsindən gələ bilmədiyi toplardan biri penalti zərbəsindən vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə