Cəlilabadda “Yay məktəbi 2016” FOTOLAR

Cəlilabadda “Yay məktəbi 2016” FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-2018-ci illər üzrə tədbirlər planına əsasən Cəlilabad rayon MKS-də "Yay məktəbi 2016" layihəsi tərtib edilmiş və buna əsasən bir sıra tədbirlər keçirilib. SİA-nın məlumatına görə, məqsədimiz Azərbaycanın tarixi və milli qəhrəmanlarına dair bilik yarışları, bədii qiraətlər, mütaliə saatları, intellektual oyunlar, nitq və yazı qabiliyyətinin inkişafı üçün müsabiqələr və s. təşkil etməkdir.

"Yay məktəbi 2016" layihəsində komputer biliklərinin aşılanması məqsədi ilə dərslər, məntiq oyunları (iştirakçıların intellektual biliklərini artırmaq), mütaliə saatları, ekskursiyalar, rəsm dərsləri, müxtəlif mövzuda inşa dərsləri, sual-cavab gecələri (vətənpərvərlik mövzusunda), sözlərin oyunu (idrak oyunu), sevimli nağıl qəhrəmanlarının iştirakı ilə səhnəciklər , əyləncəli viktorinalar keçirilib.

Hazırda layihənin icrası davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə