“Azərbaycanda islam dünyası və multikulturalizm dəyərləri”

“Azərbaycanda islam dünyası və multikulturalizm dəyərləri”

Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə oktyabr ayında "Azərbaycanda islam dünyası və multikulturalizm dəyərləri" mövzusunda gənc fotoqrafların sərgisi təşkil ediləcək. SİA-nın tədbirin keçirilməsində məqsəd gənclər arasında islam dünyası və multikulturalizm dəyərlərini təbliğ etməkdir. Sərgi üçün 16-29 yaşlı gənclərin ölkəmizdə çəkilən işləri qəbul olunur. Müsabiqədə iştirak etmək istəyən gənclər fotolarını oktyabrın 15-dək [email protected] elektron ünvanına göndərməlidirlər. Hər iştirakçı müsabiqəyə 5 foto təqdim edə bilər. Fotolar JPEG formatda, uzun tərəfi 1200 piksel olmalıdır. Hər müəllif özü (ad, soyad, təvəllüd, telefon nömrəsi, fotonun adı) və foto haqqında qısa məlumat təqdim etməlidir. Fotolarda müəllif imzası və ya loqosu yerləşdirmək olmaz.

Sərgi iştirakçılarına sertifikatlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə