Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçı və dramaturq Nikolay Qoqolun "Müfəttiş" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sentyabrın 24-də olacaq tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev və başqaları iştirak edirlər.
Qeyd edək ki, səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB