"Sülhə gəlin ey insanlar " FOTOLAR

Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Beynəlxalq Sülh günü ilə əlaqədar "Sülhə gəlin ey insanlar " adlı ədəbi- bədii gecə keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə MKS-nin direktoru Elçin Hüseynov açıb.

Sonra söz tədbirin aparıcısı, kitabxanada oxu zalının müdiri Asudə Adışovaya verildi. Tədbirdə sülhə aid slayd və "Dünyaya sülh gərək" başlıqlı guşə nümayiş etdirilib. Ədəbi-bədii gecədə 8 saylı tam orta məktəb litseyinin şagirdlərinin ifasında sülhə və vətənə aid şeirlər səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə