Qazax Dövlət Dram teatrı 79-cu teatr mövsümünü Azərbaycan dramaturqu C.Cabbarlının "Solğun çiçəklər" tamaşasının premyerası ilə açıb. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasovdur. Rejissor traktofkasında hadisələr əvvəldən sonadək dramatik gərginliklə inkişaf edir. Rejissor Zülfüqar Abbasov hər zaman öz quruluşlarında müəlliflərin təqdim etdiyi pyesi olduğu kimi səhnəyə gətirmir. O, hər hansı bir səhnəni mizanlara görə ya dəyişir, ya da ona əlavələr etməklə orjinallığı qorumağa çalışır. Bu baxımdan xalq artisti Zülfüqar Abbasovun "Solğun çiçəklər" pyesinə vermiş olduğu yeni quruluşu orjinal və təqdirə layiqdir. Tamaşanın maraqla izlənilməsi üçün quruluşçu rəssam Afiq Məmmədov və müsiqi tərtibatçısı Aybəniz Qurbanovanın da maraqlı işi diqqəti cəlb edir. Hər iki şəxs pyesin ideyasına uyğun olaraq rejissor yozumu ilə eynilikdə vəziyyətləri olduğu kimi təqdim edə bilmişlər. Tamaşanın maraqla izlənilməsi üçün quruluşçu rəssam Afiq Məmmədov və müsiqi tərtibatçısı Aybəniz Qurbanovanın da maraqlı işi diqqəti cəlb edir. Hər iki şəxs pyesin ideyasına uyğun olaraq rejissor traktofkası ilə eynilikdə vəziyyətləri olduğu kimi təqdim edə biliblər.
Tamaşada rolları Xanım Məmmədova, Nazilə Məmmədova, İlqar Hacəliyev, Nəsimi Aşbazov, Zəmanə Orucova və Yusif Qoca ifa edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB