Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” FOTOLAR

Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” FOTOLAR

Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 21-də Bakıda Əlilliyi olan gənclərin "Şərq nağılı" adlı beynəlxalq yaradıcılıq festivalı işə başlayıb. SİA-nın məlumatına görə, festivalda Azərbaycan da daxil olmaqla, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edir.

Festivalda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, təbirdə 7 ölkəni təmsil edən gənclər iştirak edir. İlk dəfə 2013-cü ildə təşkil edilən bu festivalın coğrafiyası qıza zamanda daha da genişlənib. Hazırda festivala 100 nəfər xaricdən, 200-ə yaxın isə ölkəmizdən gənc qatılıb.

Bildirilib ki, festival təkcə gənclərin istedadlarının aşkara çixarılmasına deyil, həm də ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Sonra iştirakçı ölkələrin təmsilçilərinin mahnı və rəqsləri təqdim olunub.

Festival çərçivəsində əl işlərindən ibarət satış-sərgi təşkil edilib.

Qeyd edək ki, sentyabrın 24-dək davam edəcək festival çərçivəsində müsabiqə proqramları, ustad dərsləri, ekskursiyalar, "dəyirmi masa"ların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə