Cəlilabadda Üzeyir Hacibəylinin anadan olmasının 131 illiyi qeyd olundu FOTOLAR
Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə dahi bəstəkarımız Üzeyir Hacibəylinin anadan olmasının 131 illiyi və Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları da iştirak edib. Tədbir Ulu Öndərimiz Heydər Əliyevin heykəlinin önünə gül dəstələrinin qoyulması ilə başlanılıb. Gül qoyma mərasimindən sonra tədbir iştirakçıları mədəniyyət müəssisələrinin təşkil etdiyi sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra iştirakçılar Cəlilabad şəhər incəsənət və Göytəpə şəhər musiqi məktəblərinin şagird və müəllimlərinin ifasında dahi sənətkarımızın əsərlərindən ibarət geniş konsert proqramına tamaşa ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov əlamətdar gün münasibəti ilə musiqiçiləri və tədbir iştirakçılarını təbrik edərək kollektivə işlərində uğurlar arzulayıb.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB