Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Qədim sənət – Kəlağayı" layihəsi həyata keçirilib. ATGTİ-nin məlumatında deyilir ki, layihə AzGF-in elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olub. Layihənin reallaşdırılmasında məqsəd dekorativ-tətbiqi sənət növü olan batikanı gənclərə aşılamaq və onu təbliğ etməkdir.
Əvvəlcə layihəyə cəlb olunmuş təlimçi Cahid Cavadov 4 gün ərzində iştirakçıları məlumatlandıraraq onlara batika sənət nümunələrinin hazırlanması qaydalarını öyrədib. Sonra hazırlanmış sənət nümunələrinin digər gənclərə təqdim edilməsi üçün sərgi təşkil olunub. Sonda layihə iştirakçılarına sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB