Rusiyalı jurnalistlər üçün press-tur təşkil olunub FOTOLAR
Azərbaycanın Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən Rusiyanın aparıcı KİV nümayəndələrinin iştirakı ilə Azəbaycanın turizm mərkəzlərinə 6 günlük press-tur başlayıb. SİA-nın məlumatına görə, press-turda travel.ru, lenta.ru, businesstraveller.com, geo.ru kimi veb portalların, eləcə də "Forbes", "Аeroflot" və "Uralskiye avialinii" jurnallarının nümayəndələri iştirak edir.
Səfərin əsas məqsədi tur iştirakçılarının Azərbaycan xalqının tarixi və müasir mədəniyyəti ilə tanışlığına istiqamətlənib.
19 sentyabr tarixində səfər çərçivəsində "Şahdağ" Turizm Mərkəzi ilə tanışlıq keçirilib. Tanışlığın əsas məqsədi "Şahdağ" Turizm Mərkəzinin yalnızca xizək kurortu kimi deyil, eyni zamanda ilin bütün mövsümlərində fəaliyyət göstərən istirahət mərkəzi kimi imkanlarının tanıdılması olub.
Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı rəsmi nümayəndəliyi "Tour A Vent" şirkəti tərəfindən təşkil olunmuş press-tur zamanı qonaqlar mərkəzdə mövcud olan infrastrukturla yanaşı, yay mövsümü ərzində təklif olunan əyləncələrlə tanış olmuş, mərkəzdə fəaliyyət göstərən regionun ən böyük spa mərkəzinin xidmətlərindən istifadə etmiş, kanat yolları və qondoladan istifadə edərək Şahdağ yamaclarını yüksəklikdən seyr edibər.
Press-turun növbəti günlərində jurnalistlərin Nabran, Samur-Yalama milli parkı və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Şəkidə Kiş kəndi və paytaxt Bakı ilə tanışlıqları nəzərdə tutulur.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB