Heydər Əliyev Sarayında istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. SİA-nın məlumatına görə, konsert oktyabrın 22-də baş tutacaq. "jAzzeri Bands" caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva, Cəmilə Haşımova və Jazzers Band, Freedom Band iştirak edəcəklər.
Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB